Ukrayna müharibənin 1624-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 452 880 hərbçi, 12 242 ədəd tank, 25 084 ədəd zirehli döyüş maşını, 47 396 ədəd artilleriya sistemi, 2002 (reaktiv yaylım atəş sistemi), 1 540 hava hücumundan müdafiə sistemi, 439 ədəd hərbi təyyarə, 354 ədəd helikopter, 2134 ədəd yerüstü robot-texnika kompleksi, 444 455 ədəd PUA, 130 266 ədəd avtomobil texnikası, 5 007 qanadlı raket, 34 gəmi/kater, 2 sualtı qayıq, 4 495 xüsusi avadanlıq itirib.
