Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
KONKRET.az xəbər verir ki, avqustun 5-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi isə 0,0357 manat təşkil edib. Öz növbəsində, Rusiyanın 100 rublu 2,1031 manatadək ucuzlaşıb, avro isə 1,961 manata kimi bahalaşıb.
