Sahibkarı və onun arvadını qətlə yetirərək ömürlük cəza alan şəxslərlə bağlı QƏRARbackend

Sahibkarı və onun arvadını qətlə yetirərək ömürlük cəza alan şəxslərlə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində Şabranda mənzilə basqın edərək evin xanımını və ərini öldürməkdə ittiham olunan Elçin Fərzəliyev və Murad Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Elçin Fərzəliyevi 2024-cü il iyunun 24-də Murad Məmmədov ilə birlikdə Şabran şəhəri ərazisində məişət əşyalarının alqı-satqısı və təmiri işləri ilə məşğul olan Arif Hüseynov və onun həyat yoldaşı Gülnarə Hüseynovanın evindən 300 000 manat məbləğində pul və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə həmin şəxslərin evlərinə qanunsuz girərək quldurluq yolu ilə qəsdən onları həyatdan məhrum edib.

Sonra Elçin evdən 7119 manat məbləğində qızıl-zinət əşyalarını ələ keçirərək evi tərk edib, Şabran şəhərində yerləşən “Taxtalı” kimi tanınan kafeyə gəlib. O, Hüseynovlar ailəsinin yaşadığı evdən külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirə bilməmələrinə görə Murad Məmmədova əsəbiləşib. Təqsirləndirilən şəxs Muradı kafenin sağ yan tərəfində yerləşən avtoyuma məntəqəsinin qarşısına aparıb, zərərçəkmiş şəxsi diz çökdürüb. Daha sonra Elçin turist bıçağı ilə Muradın baş nahiyəsinə 3-4 zərbə vurmaqla ona sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə xuliqanlıq edib.

Rəsmi məlumata görə, quldurluq və qətl hadisədəsən sonra hər iki şəxs saxlanılıb.

Həmin hadisəyə görə hər iki şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan Məhrum edilib.

Qeyd: Elçin Fərzəliyev dəfələrlə məhkumluq həyatı yaşayıb. O, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2010-cu il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11, 181.3.3 və 228.4-cü maddələri ilə 14 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi və 2024-cü ildə cəzasının sona çatması ilə azad olunmuşdu.

Onu da bildirək ki, Elçin Fərzəliyev Murad Məmmədova qarşı xuliqanlıq etdiyinə görə Şabran Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*