AFFA daha bir futbolçunu milliləşdirdi – FOTObackend

AFFA daha bir futbolçunu milliləşdirdi - FOTO

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni oyunçu çağırılıb.

KONKRET.az Apasport.az-a istinadən xəbər verir ki, “Hoffenhaym”ın müdafiəçisi Kaan Özkaya ilk dəfə yığmamıza dəvət edilib.

Yeni milliləşdirilən 18 yaşlı oyunçu “Hoffenhaym” futbol məktəbinin yetirməsidir. Mannheymdə anadan olan Özkayanın Almaniya və Türkiyə vətəndaşlığı olub. Gənc müdafiəçi ötən ilin yayında “Hoffenhaym”ın U-17 komandasından U-19-una yüksəlib. Onun Almaniya klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*