Arif Mirzəyevin nəşi Azərbaycana gətirilirbackend

Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı Arif Mirzəyevin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işləri həyata keçirir.

Qeyd edək ki, Arif Mirzəyev noyabrın 10-u Almaniyada vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*