Ağ Ev əmin etdi: “ABŞ Ukraynanı tərk etməyəcək”backend

Ağ Ev əmin etdi: "ABŞ Ukraynanı tərk etməyəcək"

“ABŞ Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının gözlənilən istefası ilə bağlı şayiələrə baxmayaraq, Ukrayna hakimiyyətinə və Silahlı Qüvvələrinə dəstəyini davam etdirəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

“Biz həm Ukrayna hakimiyyətinə, həm də Ukrayna silahlı qüvvələrinə dəstəyimizi davam etdirəcəyik… Amma kadr qərarlarını ukraynalıların öz öhdəsinə buraxırıq. Bu, Vaşinqtondan və ya Brüsseldən verilə bilən bir qərar deyil”, – deyə Savillan əlavə edib.

Baydenin müşaviri Zalujninin mümkün istefası ilə bağlı açıqlama verməyib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*