30 gün ərzində ABŞ-ın dövlət qurumları “TikTok”u korporativ cihazlardan silməli olacaq.
KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, Prezident Co Baydenin administrasiyası departamentlərə proqramların çıxarılması barədə göstəriş verib.
Məlumata görə, 15 dekabr 2022-ci ildə ABŞ Senatı dövlət qurumlarına məxsus cihazlarda “TikTok”un qadağan edilməsinə səs verib.
Qeyd edək ki, fevralın 26-da Avropa Komissiyası işçilərə rəsmi smartfonlarda “TikTok”dan istifadə etməyi qadağan edib. AK işçilərindən rəsmi məlumatlara çıxışı olan şəxsi smartfonlardan proqramları silmək də tələb olunub.
İqbal Rzayev,
KONKRET.az
