Ağalı məktəbinə MİQ üzrə vakant yerlər təqdim olunacaqbackend

Ağalı məktəbinə MİQ üzrə vakant yerlər təqdim olunacaq

Müəllimlərin işə qəbulu üzrə müsabiqə tarixində ilk dəfə olaraq Ağalı kənd məktəbinə vakant yerlər təqdim olunacaq.

Bu barədə KONKRET.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirib ki, Böyük qayıdışın ilkin mərhələsinin başlandığı Zəngilan rayonunun Ağalı kənd orta məktəbində sentyabrın 15-dən tədris prosesi başlayacaq.

“Müəllimlərin işə qəbulu üzrə müsabiqə tarixində ilk dəfə olaraq Ağalı kənd məktəbinə vakant yerlər təqdim olunacaq. Nəzərinizə çatdırırıq ki, vakansiya seçimində müsabiqə üzrə minimum tələbi ödəyən namizədlər iştirak edə bilərlər”, – qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*