Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Məhəmməd Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətin KONKRET.az-a verilən məlumata görə, M.Əliyevin yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qulluqla yetişdirilən çətənə bitkiləri və evindən marixuana aşkarlanıb.
“Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”, – deyə məlumatda qeyd edilib.