Ağdamda müxtəlif təyinatlı döyüş texnikası müsadirə edildi – FOTOLARbackend

Ağdamda müxtəlif təyinatlı döyüş texnikası müsadirə edildi - FOTOLAR

Ağdam rayonu ərazisində müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib.

Müdafiə Nazirliyindən (MN) KONKRET.az-a verilən məlumata görə, Ağdam rayonunun Qızıl Kəngərli kəndində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus tank, piyadanın döyüş maşınları (PDM), hərbi avadanlıqlar, xeyli sayda artilleriya mərmiləri, tank əleyhinə vasitələr, minaatanlar, müxtəlif çaplı silah və sursat müsadirə edilib.

Qeyd edilib ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*