Ağstafada sakin intihar etmək üçün işıq dirəyinə çıxdı – VİDEObackend

Ağstafada sakin intihar etmək üçün işıq dirəyinə çıxdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafa rayonu, Saloğlu kəndində bir nəfərin intihar etmək məqsədilə işıq dirəyinə çıxması barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1976-ci il təvəllüdlü H.İbrahimov işıq dirəyinə çıxaraq intihara cəhd edib.

Əraziyə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq onu intihar niyyətindən çəkindirib və yüksəklikdən endirərək aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*