Aİ Çin və ABŞ arasında Tayvanla bağlı ESKALASİYAYA HAZIRLAŞIRbackend

Çin və ABŞ arasında Tayvanla bağlı ESKALASİYAYA HAZIRLAŞIR

Aİ Çin və ABŞ arasında Tayvanla bağlı eskalasiyaya hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Tayvanla bağlı Çin-ABŞ qarşıdurmasından danışan Aİ rəsmiləri vəziyyətin nəzarətdən çıxa biləcəyini və  açıq təhlükənin olduğunu etiraf edirlər.

Məlumata görə, yüksək rütbəli diplomatlar hesab edirlər ki, ABŞ və Çin arasında Tayvan üzərində söz müharibəsi asanlıqla böyüyə bilər. Bunu  Avropa paytaxtlarında yaxından izləyirlər.

Bundan əvvəl Britaniya Tayvanı silahlandırmağı təklif edərək, xəbərdarlıq etmişdi ki, Qərb tayvanlıların müdafiəsinə qalxmalı və Ukraynaya qarşı edilən səhvləri təkrarlamamalıdır.

Almaniyanın xarici işlər naziri Annalena Burbok Çinin münasibətinin qlobal çağırış olduğunu söyləyib.

Lakin əksər Avropa ölkələri bununla bağlı ictimai şərhlərə ehtiyatla yanaşır. Fransa Xarici İşlər Nazirliyi və Aİ Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə Çinin hərbi reaksiyası təhlükəsini şərh etməkdən imtina edib.

Aİ diplomatlarından biri deyib ki, Tayvana ilk növbədə ABŞ-ın marağı kimi baxılır və bu mərhələdə avropalı siyasətçilərdən susqunluq gözləmək lazımdır. Eyni zamanda o vurğulayıb ki, sözlər hərəkətə keçərsə, reaksiya fərqli olacaq.

NATO-nun vəziyyətdən narahat olub-olmaması ilə bağlı suala yüksək rütbəli avropalı diplomat belə cavab verib: “Hələ yox, amma asanlıqla gərginləşə bilər”.

Başqa bir yüksək rütbəli diplomatın sözlərinə görə, ən pis halda ABŞ diqqətini Ukraynadan Tayvana yönəldəcək.

Üçüncü yüksək rütbəli avropalı diplomat Vaşinqton və Pekin arasında toqquşma risklərini yaxından izlədiyini deyib.

Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədr müavini Urmas Paet xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Çinin Tayvana qarşı təcavüzü riskini “eksponensial” artırıb.

“Avropa İttifaqı həmçinin Çinin hərəkətlərini izləyə bilməlidir. Aİ ilə ABŞ arasında tam əməkdaşlıq həm Rusiyanın Ukraynaya təcavüzü baxımından, həm də Çinin hərəkətləri ilə bağlı çox vacibdir”, – deyə Paet bildirib.

İndi analitiklər Aİ liderlərini baş verənlərə diqqət yetirməyə və problemə hazırlaşmağa çağırırlar.

Münhen Konfransının sədr müavini Boris Ruqe də öz reaksiyasını bildirib.

“Bəzən ən pis ssenarilər gerçəkləşir. Avropalılar Tayvanı dəstəkləməklə yanaşı, Pekinlə sıx əlaqə saxlamaqla və gərginliyin azaldılmasına kömək etməklə gözlənilməz vəziyyətə hazırlaşmalıdırlar”, – Ruqe deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*