Aİ-nin Ermənistana ixrac etdiyi yeganə “məhsul” səviyyəsiz rusofobiyadır – Arman Abovyanbackend

Aİ-nin Ermənistana ixrac etdiyi yeganə “məhsul” səviyyəsiz rusofobiyadır - Arman Abovyan

Ermənistan-Rusiya münasibətlərindəki mövcud gərginlik fonunda iki ölkə liderlərinin Bişkek görüşü həlledici məqam ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə erməni ekspert Arman Abovyan yazıb.

O xatırladıb ki, Rusiya tərəfi artıq bir sıra Ermənistan kənd təsərrüfatı məhsullarına və ilkin emal mallarına qarşı məhdudiyyətlər tətbiq edib. Onun sözlərinə görə, məhz bu fonda Ermənistan və Rusiya liderlərinin Bişkekdəki danışıqları Moskva ilə Nikol Paşinyanın administrasiyası arasındakı “siyasi fikir ayrılıqları” kontekstində müsbətə doğru bir addım olmalıdır.

A.Abovyan qeyd edib ki, Rusiyada yüz minlərlə erməni mövsümi işçi kimi çalışır, Rusiya bazarı isə Ermənistanın kənd təsərrüfatı məhsullarının 80 faizindən çoxunu istehlak edir:

“Unutmayaq ki, Aİ-nin Ermənistana ixrac etdiyi yeganə “məhsul” səviyyəsiz rusofobiyadır. Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ermənistana yaratdığı imkanlar müqabilində Aİ başqa heç nə təklif etmir — sadəcə olaraq, Ermənistanın Rusiya ilə münasibətləri qoparmaq yolunda atdığı addımlara vaxtaşırı dəstək sözləri səsləndirilir”.

O vurğulayıb ki, vəziyyət Avropanın Rusiyaya qarşı birbaşa hərbi eskalasiyaya açıq şəkildə hazırlaşması fonunda daha da mürəkkəbləşir:
“Əgər Ermənistan anti-Rusiya hərəkətləri üçün plasdarmaya çevrilmirsə, onda erməni hakimiyyətinin Ermənistandakı Rusiya biznes aktivlərini maksimum dərəcədə sıxışdırmaq istəyini necə izah etmək olar?”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*