Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq edəcəyi sanksiya haqqında ilkin məlumatlar açıqlanıb.
KONKRET.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, yeni siyahıya rəsmi şəxslərlə yanaşı, Rusiyanın təbliğatçıları – RT-nin Baş redaktoru Marqarita Simonyan və teleaparıcı Vladimir Solovyov əlavə edilib.
Bildirilib ki, rəsmi şəxslərin siyahısına Rusiyanın müdafiə naziri Sergey Şoyqu, prezident administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və bir qrup hərbçi daxil edilib.
Qeyd edək ki, ötən gün Avropa İttifaqı (Aİ) ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul etmək qərarına gəlib.
