Avropa İttifaqı (Aİ) Ukraynaya 5 milyard avroluq makromaliyyə yardımı ayırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
O qeyd edib ki, bu barədə tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.
“Bu, müharibədə Ukraynanın qələbəsinə, yenidənqurmaya və Avropanın gələcəyinə dəstək verən Avropa İttifaqının növbəti jestidir”, – Baş nazir deyib.
