Aleksandr Novak: “Şimal-Cənub” nəqliyyat dəhlizi Rusiyanın nəqliyyat kommunikasiyasının əsasına çevriləcəkbackend

Aleksandr Novak: "Şimal-Cənub" nəqliyyat dəhlizi Rusiyanın nəqliyyat kommunikasiyasının əsasına çevriləcək

“Şimal-Cənub” nəqliyyat dəhlizi Rusiyanın ticarət dövriyyəsinin inkişafını və məhsul tədarükünün logistikasını təmin edəcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Dağıstanın sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirədə deyib.

“Şimal-Cənub” nəqliyyat dəhlizi bu gün öz aktuallığını qazanır. Biz başa düşürük ki, sərhədlərin bağlanması və ticarət dövriyyəsini əvvəllər Qərb ölkələri ilə olan həcmdə təmin edə bilməmək bu dəhlizin əhəmiyyətini artırır”, – Novak bildirib.

Baş nazirin müavini vurğulayıb ki, bu marşrut Rusiyanın nəqliyyat kommunikasiyasının əsasına çevriləcək.

Qeyd edək ki, dəhliz Avropa və Cənub-şərqi Asiya arasında sürətli və daha sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*