“Ali təhsilim yoxdur, amma almağa hazırlaşıram” – Erməni deputatbackend

"Ali təhsilim yoxdur, amma almağa hazırlaşıram" - Erməni deputat

“Mənim ali təhsilim yoxdur, amma almağa hazırlaşıram”.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Ripsime Unanyan Parlamentmonitoring.am saytına müsahibəsində deyib.

“Mən məzun olmağa gedirəm. 2015-ci ildən “Mülki Müqavilə” partiyasının üzvüyəm, həmişə ölkədə gedən siyasi proseslərlə maraqlanmışam. 16 ildir tibb müəssisəsində işləyirəm, ixtisasca tibb bacısıyam və reanimasiya şöbələrində işləmişəm. Çox qısa müddət ərzində sadə tibb bacısı işləmişəm, həmişə rəhbər vəzifələrdə çalışmışam. Daim siyasətlə məşğul olduğum üçün “Mülki müqavilə” partiyasından İrəvan şəhər Ağsaqqallar Şurasının siyahısına daxil edilib, sonra isə parlament siyahısına salınmışam”, – deyə Unanyan müxbirin təhsili və deputat mandatı ilə bağlı sualını cavablandırıb.

Ali təhsilsiz deputatın sözlərinə görə, bu siyasi qüvvənin irəli sürdüyü ideyalar ona çox yaxın olduğundan o, Amerika Universitetində bakalavr pilləsində təhsilini davam etdirməyə hazırlaşır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*