Ali təhsillə elmin birgə fəaliyyəti ancaq müsbət rol oynayacaq – AMEA-nın vitse prezidentibackend

Ali təhsillə elmin birgə fəaliyyəti ancaq müsbət rol oynayacaq - AMEA-nın vitse prezidenti

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanı çox yerində verilmiş və zəruri olan bir fərmandır.

KONKRET.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyev deyib.

O bildirib ki, ali təhsil və elm cəmiyyətin inkişafı üçün qoşa qanaddır.

“İndiyə qədər bunlar ayrı-ayrılıqda fəaliyyət göstərirdi. Hesab edirəm ki, ali təhsil ilə elmin birgə fəaliyyəti və inteqrasiyası ancaq müsbət rol oynayacaq. Bununla əlaqədar olaraq biz Akademiyada bizim öhdəmizə düşən vəzifələri yerinə yetirəcəyik.

Akademiyanın Rəyasət Heyəti yeni elmi, prioritet istiqamətlərin müəyyən edilməsi, struktur optimallaşdırılması, yeni nizamnamənin qəbul edilməsi və digər məsələlərlə bağlı üzərinə düşəni edəcək”, – deyə o bildirib.

D.Tağıyev vurğulayıb ki, müasir dövrün çağırışlarına uyğun olaraq nəzərdə tutulan dəyişikliklər yalnız ümumi işin xeyrinə olacaq. “Bu istiqamətdə biz nə lazımdırsa, edəcəyik. Bu addım elmin inkişafına xidmət edəcək və çox uğurlu addımdır. Elm və ali təhsil birgə fəaliyyət göstərməlidir ki, yeni kadrlar yetişsin, yeni kadrların yetişməsində elm yaxından iştirak etsin və həmin kadrlar da elmin inkişafında iştirak etsin”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*