Alina Kabayeva da “qara siyahı”ya düşdübackend

Alina Kabayeva da "qara siyahı"ya düşdü

Avropa İttifaqı (Aİ) rəsmi jurnalında Rusiyaya qarşı tətbiq edilən altıncı sanksiyalar paketini dərc edib.

KONKRET.az xəbər verir ki, siyahıda 65 fiziki şəxs və 18 qurumun adı yer alıb.

Olimpiya çempionu Alina Kabayevanın adı Aİ-nin qara siyahısına salınıb. Bundan əvvəl Kabayevaya Britaniya və ABŞ tərəfindən də sanksiya tətbiq edilib.

Keçmiş gimnast əvvəllər Rusiya parlamentinin üzvü olub. Mətbuatda “Putinin sevgilisi” adlandırılan Kabayeva Rusiyanın ən böyük özəl media şirkəti olan Milli Media Qrupunun direktorlar şurasının sədridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*