Türkiyəli müğənni Alişan aktrisa həyat yoldaşı Buse Varoldan boşanacağına dair iddialara münasibət bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə o, instaqram səhifəsində yazıb.
“Vəsatətlər qaldırılıb… Qərarlar alınıb… Yox, o haqlı imiş, yox, bu haqlı imiş… Qardaş itkisinin acısını yaşayarkən, yeni-yeni özünə gəlməyə çalışarkən, hər gün göz yaşı tökən anamı, həyat yoldaşımı, rəhmətlik qardaşımın həyat yoldaşını, uşaqlarımı, qardaşımın qızlarını, nə olar, rahat buraxın… Bunlar hər ailədə yaşana biləcək şeylərdir… Biz bir qərar versək, açıqlayarıq, deyərik… Amma, xahiş edirəm, bizim yerimizə qərar verməyin… Qərarı biz verək… Sonra isə nə istəsəniz danışarsınız, şərh yazarsınız…”, – deyə Alişan qeyd edib.
Daha əvvəl Türkiyə mətbuatı cütlüyün xəbərin yayılmaması üçün gizli məhkəmə proseslərinə başladığı və vəkillərə müraciət etdiyini yazmışdı.

