Alla Puqaçova 100 milyona razılaşdı – Bloger müğənnini necə aldatdı?backend

Alla Puqaçova 100 milyona razılaşdı – Bloger müğənnini necə aldatdı?

Dünya şöhrətli rusiyalı müğənni Alla Puqaçova 100 milyon rubl qarşılığında rusiyalı sahibkarın ad günündə çıxış etməyə razılaşıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, jurnalist və bloger Soryan (Suren Kaqramanov) müğənninin prodüsseri Aleksandr Zaporojetslə zarafatlaşmaq qərarına gələrək ona zəng edib.

“Puqaçovanın direktorları əvvəllər belə təklif eşidəndə dərhal telefonu qapadırdılar, indi isə belə olmadı, biz bazarlıq etdik. O, 100 milyon rubla razılaşdı.  Alla Borisovnanın yəqin ki, pulu tükənmək üzrədir”, – Soryan Krasnodar telekanalına müsahibəsində deyib.

Jurnalist deyib ki, o, müğənnini rusiyalı investorun ad günündə çıxış etməyə dəvət edib. Sonra əlavə edib ki, guya tədbir siyasi səbəblərdən Türkiyədə keçiriləcək.

Xatırladaq ki, əri Maksim Qalkinin Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən xarici agent elan olunmasından sonra Alla Puqaçova Rusiyanı tərk edərək Kiprə gedib. Müğənni Rusiyaya qayıtmağı planlaşdırmadığını dəfələrlə açıqlayıb.

Orxan HƏSƏNLİ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*