Almaniyanın müdafiə naziri Boris Pistorius ölkə ordusunun xalqı müdafiə etməyə hazır olmadığını bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə Sosial Demokrat Partiyasının (SPD) üzvləri ilə görüşündə bildirib.

“Ölkəmizi amansız müharibədən müdafiə edəcək silahlı qüvvələrimiz yoxdur”, – nazir deyib.
Onun sözlərinə görə, federal hökumətin onilliklər boyu diqqətsizliyindən sonra Bundesver kifayət qədər kadr və təchizatla təmin olunmayıb.
Pistorius əlavə edib ki, Almaniya NATO standartlarına çatmaq üçün orduya daha çox sərmayə qoymalıdır.
Alman ordusunun yüksək rütbəli zabiti, general-leytenant Alfons Mais “DPA” agentliyinə bildirib ki, Şoltsun əvvəllər vəd etdiyi 100 milyard avro silahlı qüvvələri müharibəyə hazırlamaq üçün kifayət etməyəcək.
İqbal Rzayev,
KONKRET.az
