Rusiyalı bloger və müxalifətçi Aleksey Navalnı Berlinə kansler qonağı statusu səviyyəsində aparılıb.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin ZDF telekanalı məlumat yayıb.
Kanal Navalnıya bu statusun verilməsini bürokratik hiylə adlandırıb.
“Bu üstünlük blogerə polis tərəfindən yüksək səviyyədə qoruma ilə təmin olunmasına imkan verir”, – kanal bildirib. axar.az
