Almaniya səfiri Türkiyə XİN-ə ÇAĞIRILDIbackend

Almaniya səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI

Almaniya səfiri Bundestaq vitse-spikerinin Ərdoğanla bağlı açıqlamaları ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Bundestaqın vitse-spikeri Volfqanq Kubikinin prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına səsləndirdiyi bəyanatları kəskin şəkildə pisləyib.

“Biz Bundestaqın vitse-spikeri Volfqanq Kubikinin Aşağı Saksoniyada seçki kampaniyası çərçivəsində Türkiyə dövlət başçısına qarşı səsləndirdiyi təhqiramiz ifadələri qəti şəkildə pisləyirik”, – Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tancu Bilgiç bildirib.

Türkiyə mətbuatı xəbər verir ki, sentyabrın 27-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan Almaniyanın Ankaradakı səfirinə də bu məsələ ilə bağlı kəskin reaksiya verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*