Almaniyanın Bergheim şəhərində “Amprion” energetika şirkətinin yarımstansiyasında naməlum şəxslər tərəfindən təxribat törədilib. Hadisə sentyabrın 1-i axşam saatlarında baş verib və hücum edənlər xüsusi kabellərin köməyi ilə elektrik ötürücü xətlərində qısa qapanma yaradıblar.
KONKRET.az xəbər verir ki, qəza nəticəsində ümumi gücü təqribən 4200 MVt olan iki kömür elektrik stansiyasının 5 enerji bloku avtomatik olaraq şəbəkədən açılıb.
Hadisədən bir gün sonra müstəntiqlər tarlasahəsində elektrik ötürücü xətlərinə naqillərin atıldığı ehtimal edilən 6 buraxılış qurğusu aşkar ediblər.
Polis insidenti “konstitusiyaya zidd təxribat” kimi araşdırır. Əsas versiyalar arasında xarici dövlətin diversiyası və ya solçu ekstremistlərin əli olması dayanır. Eyni zamanda, Brandenburqdakı yarımstansiyaya edilən hücumla mümkün əlaqə də yoxlanılır.
Natiq Səlim,
KONKRET.az
