Almaniyada İrandakı etirazlara dəstək nümayişinə 10 minlərlə insan qatıldıbackend

Almaniyada İrandakı etirazlara dəstək nümayişinə 10 minlərlə insan qatıldı

Almaniyanın paytaxtı Berlində İrandakı etirazlara dəstək nümayişinə 80 minə yaxın insan qatılıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya paytaxtının polisi yayıb.

Minlərlə iranlı Avropanın digər şəhərlərindən Berlindəki nümayişdə iştirak etmək üçün Almaniyaya axışıb.

Aksiya zamanı hər hansı insident qeydə alınmayıb.

Qeyd edək ki, İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn Məhsa Əmini adlı gənc qadın “hicaba düzgün əməl etmədiyinə görə” əxlaq polisi tərəfindən saxlanılıb, döyülərək öldürülüb. Bu səbəbdən ölkədə etirazlar səngimir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*