Almaniyada məcburi hərbi xidmət bərpa oluna bilər – Yeni təklifbackend

Almaniyada məcburi hərbi xidmət bərpa oluna bilər - Yeni təklif

Bavariyanın baş naziri və Xristian-Sosial İttifaqının (XSS) lideri Markus Söder Almaniyada məcburi hərbi xidmətin bərpasına çağırıb.

KONKRET.az xəbər verir ki, o bildirib ki, ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün təkcə silahlanmaya investisiyaların artırılması deyil, ordunun şəxsi heyətinin sayının da çoxaldılması vacibdir.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə ordunun sayını könüllü xidmət hesabına artırmağın mümkün olduğunu düşünür.

Onun sözlərinə görə, hazırda Bundesverdə təxminən 190 min hərbçi xidmət edir ki, bu da son 13 ilin ən yüksək göstəricisidir.

Bununla belə, Xristian-Demokrat və Xristian-Sosial ittifaqlarının nümayəndələri könüllü çağırışın yetərli olmayacağı təqdirdə məcburi hərbi xidmətin bərpasını zəruri hesab edirlər.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*