Almaniyanın Dortmund şəhərində polis əlində bıçaq olan gənci güllələyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dortmund polisi məlumat yayıb.
Bildirilib ki, Holştayner küçəsində 16 yaşlı yeniyetmə bıçaqla polisə hücum edib.
Polis əməkdaşlarının silahdan istifadə etməsi nəticəsində ağır yaralanan gənc aparıldığı xəstəxanada dünyasını dəyişib.
“Bild” qəzeti gəncin Seneqaldan olduğunu bildirilib.
Prokurorluq hadisə ilə bağlı araşdırma aparır.

İqbal Rzayev,
KONKRET.az
