Almaniyanın Barnstorf şəhərində “Milli Baxış İslam İcması”na məxsus “Mövlana” məscidinə təhdid məktubu göndərilib.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, cümə günü məscidə göndərilən “NSU 2.0” imzalı təhdid məktubunda “bütün türkləri öldürəcəyik” sözləri yazılıb.
Qeyd edək ki, Almaniyada ötən il müsəlmanları və məscidləri hədəf alan 662 hücum baş verib. Aprel ayında “Mövlana” məscidi də hücumların hədəfi olub və ibadətgaha irqçi təhdid məktubu göndərilib.
İqbal Rzayev,
KONKRET.az
