Almaniyanın xarici işlər naziri Annalena Berbok Suriyanın yeni səlahiyyətli nümayəndələrinin onun əlini sıxmaqdan imtina etməsini “gözlənilən addım” adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Focus nəşri yazıb.
“Suriyaya gələn kimi mənə aydın oldu ki, əllə görüşmək burada baş verməyəcək” deyə o, qeyd edib.
Xatırladaq ki, Almaniya nümayəndə heyətinin tərkibində Suriya hakimiyyəti ilə görüşdə kişilər də olub. Suriya hakimiyyətinin nümayəndələri bu şəxslərlə əllə görüşüblər.
KONKRET.az
Heç bu xanım nazir ona əl uzatmadi axı,o da xanım nazirin əlini sıxsın, güya indi qolani momindir?