Almaniyanın sabiq kanslerinə qarşı sanksiya tətbiq oluna bilər – Rusiya ilə əlaqədə İTTİHAM EDİLİRbackend

Almaniyanın sabiq kanslerinə qarşı sanksiya tətbiq oluna bilər – Rusiya ilə əlaqədə İTTİHAM EDİLİR

Polşa Almaniyanın keçmiş kansleri Şröderə qarşı sanksiya tətbiq olunması tələbi ilə  Avropa İttifaqına (Aİ) müraciət etmək niyyətindədir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə ədliyyə nazirinin müavini, Polşa parlamentinin üzvü Sebastyan Kaleta çıxış edib.

Buna səbəb kimi Gerhard Şröderin Rusiya ilə əlaqələrinin olması göstərilir:

“Rusiyanın ən mühüm enerji şirkətləri ilə əlaqəsi olan yüzlərlə oliqarx Aİ-nin sanksiyaları altındadır. Bu siyahıda çox vacib bir şəxs yoxdur. Bu, Gerhard Şröderdir” – deyə Kaleta vurğulayıb.

Onun fikrincə, Almaniyanın keçmiş kansleri “Avropa İttifaqının forumunda Rusiyanı təmsil edib” və həm “Qazprom”, həm də “Rosneft”lə əlaqəsi var:

“Mən cənab nazir Konrad Şimanskiyə (Avropa İttifaqı işləri üzrə nazir – red) məktub göndərdim ki, Polşa növbəti sanksiyalar paketində Gerhard Şröderin də adını siyahıya salsın” – parlamentari əlavə edib.

O bildirib ki, bu sanksiyalar Şröderin Avropa Birliyindəki əmlakının dondurulmasına gətirib çıxarmalıdır.

Xatırladaq ki, Gerhard Şröder bildirib ki, Rusiya uzunmüddətli perspektivdə təcrid oluna bilməz. Çünki Almaniya sənayesinin Rusiya resurslarına ehtiyacı var.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*