Alqış Musayev: “Ramiz Mehdiyevin övladları saysız-hesabsız mala-mülkə sahibdirlər”backend

Alqış Musayev: "Ramiz Mehdiyevin övladları saysız-hesabsız mala-mülkə sahibdirlər"

“Bütün hallarda Ramiz Mehdiyevın imici bir-iki cümləlik tənqidə davam gətirmək gücündə deyil. Onun hər şeyi saxtadır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Alqış Musayev özünün  facebook səhifəsində paylaşıb.

O daha sonra bunları yazıb: “Demokratiyaya gedən yol” adında bir kitabı var. Görün onun ön sözündə nə yazır: “Mən öz köməkçimə minnətdarlıq etmək istəyirəm. Çünki onun internetdəki axtarışları olmasaydı, mən bu kitabı yazıb tamamlaya bilməzdim…”

Özü özünü inkar edir. Deməli, onun alimliyi, filosofluğu kiminsə axtarışlarından ibarətdir.

Sonra əlavə edir: “Ailəmə təşəkkür etmək istəyirəm. Kitab üzərində işləyərkən onlara vaxt ayıra, diqqət göstərə bilməmişəm…”

Nə deyirsə, özünə qarşıdır. Qeyri-səmimiliyin dərəcəsinə baxın. Ailəsinə vaxt ayıra bilməyən “təvazökar” dövlət adamının ailəsi Novxanının yarısından coxunu zəbt eləyib, övladları ölkənin az qala hər küncündə, bucağında saysız-hesabsız mala-mülkə sahibdirlər. Vaxtlı vaxtında ailəsinə “diqqət” ayırsaydı, görün nələr baş verərdi…”

Alqış Musayev Ramiz Mehdiyevlə bağlı digər xatirəsini də bölüşüb:

“Bir dəfə  mərhum Sirus Təbrizli YAP-ın Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında  Ramiz Mehdiyevdən soruşmuşdu ki, əgər Heydər Əliyevin dəstəyi  olmasa, siz, Bakının özünü demirəm, onun ən kiçik rayonuna rəhbərlik edib, oranı idarə edə bilərsiniz? Ramiz Mehdiyev də “əlbəttə ki, yox” cavabını vermişdi.

Elə indinin özünü götürək. Onun hazırda məşğul etdiyi vəzifə məgər ona elmi nailiyyətlərinə, böyük ziyalı nüfuzuna, ağır çəkili alimliyinə görə tapşırılıb? Əlbəttə ki, yox. Hamıya  aydındır ki, bu təyinat  Azərbaycan prezidentinin alicənablığından irəli gələn bir jestdir. Təəssüf ki, Ramiz Mehdiyev İlham Əliyevin bu xoşməramlı addımını da  düzgün dəyərləndirə bilmədi…”

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*