Sevastopolda Rusiya tərəfinə keçən satqın ÖLDÜRÜLDÜ – FOTObackend

Sevastopolda Rusiya tərəfinə keçən satqın ÖLDÜRÜLDÜ - FOTO

Sevastopolda yaşayış binasının yaxınlığında zibil qutusuna yerləşdirilən əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində bir kişi həlak olub.

KONKRET.az xəbər verir ki, yerli mediaya istinadən bildirilib ki, partlayışdan əvvəl binanın qarşısında bel çantası olan bir qadın dayanıb və sonradan ölən şəxsi izləyib.

UNİAN-ın yaydığı son məlumata görə, hadisə nəticəsində öldürülən şəxsin 2014-cü ildə Ukrayna Hərbi Dəniz Qüvvələrinin andına xəyanət edərək Rusiya tərəfinə keçən və “Zaporoje” sualtı qayığının komandiri olmuş Robert Şageyev olduğu iddia edilir.

Məlumata görə, Şageyev daha sonra Rusiya Hərbi Dəniz Qüvvələrinin tərkibində xidmət edib və Rusiya sualtı qayığına komandanlıq edib.

Hadisənin təfərrüatları və partlayışın arxasında kimin dayandığı ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*