Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?backend

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsas götürülə biləcəyi sual doğurur.

Bəs qan köçürülməsindən əvvəl şəxsiyyət vəsiqəsində göstərilən qan qrupuna etibar etmək olarmı, yoxsa bu göstərici mütləq yenidən yoxlanılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, insanın qan qrupu qan analizi vasitəsilə müəyyən edilir və, bir qayda olaraq, dəyişmir.

Dosent deputata CAVAB verdi: "Bu, mütləq olmalıdır!" — TodayPress.tv

Onun sözlərinə görə, yalnız xüsusi hallarda, o cümlədən radiasiyanın təsiri və bəzi müvəqqəti patologiyalar zamanı fərqli vəziyyətlər yarana bilər.

“Ehtiyac yarandıqda hər bir şəxs qan qrupunu yenidən yoxlatdırmaq imkanına malikdir”, – deyə Aydın Əliyev qeyd edib.

Beləliklə, qan qrupu ümumilikdə dəyişməyən bioloji göstərici hesab olunsa da, qan köçürülməsi kimi həyati əhəmiyyətli tibbi prosedurlar zamanı yalnız sənəddəki məlumata əsaslanmaq əvəzinə, qan qrupunun tibbi qaydada dəqiqləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*