Britaniyada daha bir sərnişin qatarı relsdən çıxdıbackend

Britaniyada daha bir sərnişin qatarı relsdən çıxdı

Böyük Britaniyada son iki gün ərzində ikinci dəfə sərnişin qatarı relsdən çıxıb.

KONKRET.az “The Guardian”a istinadən xəbər verir ki, hadisə Esseks qraflığının Uikford şəhəri yaxınlığında baş verib.

Qatarın arxa vaqonları relsdən çıxsa da, aşmayıb. Hadisə nəticəsində xəsarət alanların olduğu barədə məlumat daxil olmayıb.

Britaniya Nəqliyyat Polisi hadisənin səbəblərini araşdırır.

Xatırladaq ki, ötən gün Şərqi Sasseks qraflığında Lyuis stansiyası yaxınlığında sərnişin qatarı relsdən çıxıb. Üç vaqon aşıb, iki nəfər ağır, daha doqquz nəfər isə yüngül xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*