backend

Amerika Erməni Milli Komitəsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin şübhəli sənədini yaydı - FOTOLAR

Amerika Erməni Milli Komitəsi öz Twitter səhifəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Dağlıq Qarabağla bağlı gizli məlumatlarını yayımlayıb. “Konkret” Beynəlxalq Araşdırmalar Qrupu erməni mediasına istinadla xəbər verir ki, 1988-ci ildə “Qafqazdakı iğtişaşlar və millətçilik təhlükəsi” adlı sənəd guya Qarabağdakı etnik qarşıdurmaya aiddir.

“1920-ci illərdə Ermənistanın mədəni və dini mərkəzi olan Dağlıq Qarabağın Azərbaycana verilməsi ermənilərin daimi, lakin böyük məyusluq mənbəyinə çevrilib”, – deyə sənəddə deyilir.

Amerika Erməni Milli Komitəsi sənədi böyük sevinclə yayaraq təfərrüatlara diqqət çəkib. Guya sənəddə qeyd olunur ki, Azərbaycan əhalisinin sürətlə artması fonunda gənc respublika müxtəlif sahələrdə üzləşdiyi problemləri həll edə bilməyib. Bu da erməni əhalisinə hücumlarda özünü göstərməyə başlayan ictimai narazılığa səbəb olub.

Sənəddə, eyni zamanda, Dağlıq Qarabağ Muxtar Vilayətinin 1923-cü ildə ermənilərin məskunlaşdığı ərazidə yaradıldığı, burada 89 faiz əhalinin ermənilərdən olduğu qeyd olunub.

Konkret.az saytı olaraq ABŞ səfirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. Çünki iş gününün sonu olduğu üçün səfirliikdən rəsmi mövqe ala bilmədik. Ümid edirik ki, sabah ABŞ diplomatları ilə əlaqə saxlamaqla onların mövqeyini öyrənə biləcəyik.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*