Hörmüz boğazında tankerdə yanğın – Naməlum mərmi ilə vuruldubackend

Hörmüz boğazında tankerdə yanğın – Naməlum mərmi ilə vuruldu

Hörmüz boğazında naməlum mərmi ilə vurulan tankerdə yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Məlumata görə, boğazdan çıxan tanker sol bortundan naməlum mərmi ilə vurulub. Zərbədən sonra gəmidə yanğın baş verib.

Ekipaj üzvlərinin təhlükəsiz olduğu bildirilir. Gəmiyə dəymiş ziyanın miqyası və hadisənin ətraf mühitə mümkün təsirləri hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır. UKMTO bölgədən keçən gəmilərə ehtiyatlı olmağı tövsiyə edib.

Günay Əli 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*