Amerikalı aktyor ölü tapıldıbackend

Amerikalı aktyor ölü tapıldı

Amerikalı aktyor və prodüser Patrik Muldun 57 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, Patrik səhər dostu ilə qəhvə içdikdən sonra tualetə gedib. Dostu aktyorun uzun müddət çıxmadığını görərək yoxlamağa gedib və onu yerdə huşsuz vəziyyətdə tapıb. Təcili tibbi yardım əməkdaşları müdaxilə etməyə çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun ölümünə səbəb ürək çatışmazlığı olub.

Qeyd edək ki, Patrik 1992-1995-ci illər arasında “Days of Our Lives” serialında “Austin Rid” obrazı ilə məşhurlaşıb və 2011-ci ildə həmin rola geri qayıdıb. O, həmçinin “Melrose Place” serialında “Riçard Hart” adlı mənfi obrazı ilə də yadda qalıb. (Axşam.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*