ABŞ-ın Kanzas ştatının Rose Hill şəhərinin sakini divan üzərindəki yastıqlar arasında açarını axtaran zaman orada iki metrlik ilanın yatdığını görüb.
KONKRET.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı VMBF televiziyası yayıb.
Kişi təcili olaraq 911-ə yığaraq evinə böyük bir ilanın girdiyini bildirib. İlan tutularaq ən yaxın zoomağazaya təhvil verilib.
Tapılan ilanın zəhərli olmadığı aşkar edilib. Bu növdən olan ilanların uzunluğu adətən üç-dörd metrə çatır. Onlar həşəratlar, quşlar və sürünənlər vasitəsilə qidalanırlar.
KONKRET.AZ
