Andranik Köçəryan: “Azərbaycanın narahatlığı tamamilə təbiidir”backend

Andranik Köçəryan: “Azərbaycanın narahatlığı tamamilə təbiidir”

“Ermənistanın silah alması ilə bağlı Azərbaycanın narahatlığı tamamilə təbiidir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri, “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Köçəryan NEWS.am-ın müxbiri ilə söhbətində deyib.

“Mətbuat səhərdən axşama kimi Ermənistanın Hindistandan, Fransadan silah aldığını, Amerika təyyarələrinin hər 10 dəqiqədən bir Ermənistana uçduğunu və s. yazırlar.

44 günlük müharibədən sonra Ermənistan hakimiyyəti dərs götürüb və ölkənin təhlükəsizliyini təmin etmək üçün proqram həyata keçirir”, deyə o, əlavə edib.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*