ABŞ ordusu Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqələndirilən gəmiyə zərbə endirib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
Bildirilib ki, əməliyyat sentyabrın 19-da ABŞ Cənub Komandanlığının rəhbərliyi altında Birgə Qərb Yarımkürəsi İşçi Qrupu tərəfindən həyata keçirilib.
Komandanlığın məlumatına görə, sürətli qayıq Karib dənizində narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrut üzrə hərəkət edib və kəşfiyyat məlumatları onun narkotik qaçaqmalçılığında fəal iştirak etdiyini təsdiqləyib.
Zərbə nəticəsində 4 nəfər ölüb. ABŞ Cənub Komandanlığı ölən şəxsləri “narkoterrorçular” adlandırıb.
Günay Əli
KONKRET.az
