ABŞ-dan Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq: “Hazır olun!”backend

ABŞ-dan Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq: “Hazır olun!”

ABŞ-ın Yaxın Şərqdəki diplomatik nümayəndəlikləri bölgədə olan Amerika vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, ABŞ diplomatik missiyaları regionda vəziyyətin gərginləşməsi fonunda vətəndaşları yüksək ayıq-sayıqlıq göstərməyə çağırıb.

ABŞ-ın Livandakı səfirliyi bölgədə olan vətəndaşlara uçuşların ləğv edilə, hava məkanlarının bağlana və səfərlərdə ciddi fasilələrin yarana biləcəyini nəzərə almağı tövsiyə edib. Oxşar xəbərdarlıqlar ABŞ-ın regiondakı digər diplomatik nümayəndəlikləri tərəfindən də yayılıb.

Xəbərdarlıqlar Yəməndə husilərlə Səudiyyə Ərəbistanı arasında döyüşlərin yenidən intensivləşməsi fonunda verilib. ABŞ Dövlət Departamenti sentyabrın 15-də Səudiyyə Ərəbistanı üçün səyahət xəbərdarlığını üçüncü səviyyəyə — “səfəri yenidən nəzərdən keçirin” kateqoriyasına qaldırıb. Yəmən sərhədi üçün isə “səfər etməyin” xəbərdarlığı qüvvədədir.

ABŞ-ın Bəhreyn, BƏƏ, İordaniya, Küveyt, İraq, Qətər, Oman, Səudiyyə Ərəbistanı və digər ölkələrdəki nümayəndəliklərinin də analoji təhlükəsizlik mesajları yaydığı bildirilir.

ABŞ Dövlət Departamentinin ümumi xəbərdarlığında isə Yaxın Şərqdəki gərginliyin gözlənilmədən daha da artması ehtimalına diqqət çəkilir və bölgədə olan amerikalılara uçuş statuslarını izləmək, səfirliklərin təhlükəsizlik bildirişlərini nəzərdən keçirmək tövsiyə olunur.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*