AK Partiya sözçüsü Ömər Çelik İsrail Baş nazirinin ofisinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamasına sərt reaksiya verib.
KONKRET.az xəbər verir ki, Çelik İsrail Baş nazirinin ofisinin açıqlamasında Ərdoğan haqqında işlədilən ifadələrin əslində Benyamin Netanyahuya aid olduğunu bildirib.
“İsrail Baş nazirinin ofisinin verdiyi açıqlamada Netanyahu haqqında işlədilməli olan ifadələri hörmətli Prezidentimiz haqqında işlədiblər”, – Çelik deyib.
AK Partiya sözçüsü Netanyahunun və onun ətrafının Ərdoğanı davamlı şəkildə hədəfə almasının səbəbinə də toxunub:
“Netanyahu şəbəkəsinin gecə-gündüz Prezidentimizə hücum etməsinin səbəbi odur ki, Prezidentimiz bu qətliam və soyqırımı şəbəkəsinin bütün qətliamlarına və yalanlarına qarşı insanlıq naminə güzəştsiz mövqe nümayiş etdirir”.
Ömər Çelik daha sonra Netanyahu ilə bağlı sərt ifadələr işlədib:
“Soyqırımı, qətliam, yalan, cinayət və insanlığa qarşı cinayətlər Netanyahunun “şəxsiyyət vəsiqəsi’nə çevrilib”.\\Musavat.com
