Ankarada Türkiyə rəsmiləri ilə İsveç və Finlandiya nümayəndə heyətlərinin görüşü keçirilir.
KONKRET.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Hazırda Ankaradakı prezident sarayında Türkiyə rəsmiləri ilə İsveç və Finlandiya nümayəndə heyətləri arasında NATO-ya daxil olmaq üzrə danışıqlar başlayıb.
Türkiyə rəsmilərinin bildirdiyinə görə, İsveç və Finlandiya nümayəndə heyətləri Türkiyənin iddialarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal ilə müzakirə edir.
İsveç nümayəndə heyətinə dövlət katibi Oskar Steenström, Finlandiya nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Jukka Salovaara rəhbərlik edir.
Qeyd edək ki, bundan əvvəl Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul olunmasına etiraz bildirib, razılıq verməyib.
Danışıqlardan sonra Türkiyənin mövqeyinin dəyişib-dəyişməyəcəyi ilə bağlı məlumat veriləcək.
Xuraman Etibarlı,
KONKRET.az
