Ermənistan Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Azərbaycana silah satmasından narahatdır. Konkret.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Nağdalyan bildirib. O, deyib ki, “Biz həmişə bu məsələ ilə məşğuluq. KTMT üzvü olan bəzi ölkələr Azərbaycana silah satır. Bununla bağlı narahatlığımız daim səsləndirilir. Bizim mövqeyimiz budur ki, bu həm strukturun nüfuzuna, həm də əməkdaşlığa mənfi təsir göstərir”. Nağdalyan vurğulayıb ki, Azərbaycanın silahlanması Ermənistanı narahat etməyə bilməz. Onun sözlərinə görə, silahlanma məsələsi ölkəsinin daim diqqət mərkəzindədir.
Konkret.az
