Antalyadakı diplomatik forumda iştirakımız Vyana görüşün nəticələrindən asılıdır – Mirzoyanbackend

Antalyadakı diplomatik forumda iştirakımız Vyana görüşün nəticələrindən asılıdır - Mirzoyan

“Ermənistanın Antalyadakı diplomatik forumda iştirakı Vyana görüşün nəticələrindən asılıdır”. 

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deyib. O bildirib ki, Ermənistanın Baş nazirinin bu forumda iştirakı müzakirə olunmayıb və müzakirə olunmur.

“Dəvət mənim adıma və Ruben Rubinyanın adına göndərilib. Hələlik qərar verilməyib. Türkiyədə diplomatik foruma getməyimiz fevralın 24-də Vyanada gözlənilən görüşün nəticəsindən asılıdır”, -deyə Mirzoyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*