Apteklərdə “qoruyucu maska“lar satışa çıxarıldı – Kustar üsulla hazırlanıbbackend

Apteklərdə “qoruyucu maska“lar satışa çıxarıldı - Kustar üsulla hazırlanıb

Dünyada oldugu kimi, ölkəmizdə də koronavirus pandemiyası ilə əlaqədar insanlar arasında qoruyucu maskalara tələbat sürətlə artmaqdadır. Nəticədə apteklərdə qoruyucu maskaların qıtlığı müşahidə edilir. Bundan istifadə edən işbazlar isə bütün vasitələrdən və yaranmış vəziyyətdən istifadə edərək qazanmaq şansını əldən vermək istəmirlər.

KONKRET.az xəbər verir ki, artıq ölkə apteklərinə kustar yol ilə sexlərdə hazırlanmış maskalar yol açaraq yüksək qiymətə satışa çıxarılıb. Bu “qoruyucu maska”ların qiymətləri bir tərəfə, onların hansı şəraitdə hazırlanması, nə dərəcədə gigiyenik qaydalara riayət olunması daha çox narahatçılıq yaradır.

Bu “qoruyucu maska”ların istifadəsi özü bir yeni təhlükə mənbəyidir. Sumqayıt apteklərində 1 manat 50 qəpiyə belə bir “qoruyucu maska” satılması faktı ilə bağlı məlumat əldə etmişik.

Ölkəmizin aidiyyatı dövlət qurumlarının buna biganə yanaşmayacağını və bu kimi halların aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlayacağına ümid edirik.

polemika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*