“Aqua Plus” gömrük qaydalarını pozdu, məhkəmə cərimə kəsdibackend

“Aqua Plus” gömrük qaydalarını pozdu, məhkəmə cərimə kəsdi

“Aqua Plus” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

KONKRET.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş ASC ilə bağlı müraciətə baxılıb.

Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, “Aqua Plus” MMC su nasosları, qızdırıcılar, təsərrüfat avadanlıqlarının rəsmi nümayəndəsi və rəsmi idxalçısıdır./İqtisadiyyat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*