Aram Vardevanyan SƏRSƏMLƏDİ – “Heç kimin buna haqqı yoxdur” – VİDEObackend

Aram Vardevanyan SƏRSƏMLƏDİ - "Heç kimin buna haqqı yoxdur" - VİDEO

“Minlərlə əsgərimiz canını verdi, o əsgərlərin valideynləri övladlarını itirdi, qəhrəman oğullarımız həlak oldu ki, “Artsax” Azərbaycanın tərkibində olmasın. İndi bir çox erməni məmurları durub deyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Onların oturduğu kreslo, vəzifə o cümləni işlətməyə səlahiyyət veribmi? Xeyr! Artsax Azərbaycanın tərkibində heç vaxt olmayacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə ictimai  fəal Aram Vardevanyan özünün facebook-da canlı yayım zamanı bildirib. O, separatçı rejimin bayrağının cırılması hallarına da münasibət bildirib:

“Necə ola bilər ki, hansısa metronun işçisi gəlib “Artsax”ın bayrağını çıxarsın və ya XİN-in hansısa əməkdaşı bu bayraqları təmizləsin. Bu cür davranışınızla minlərlə oğullarımızın qəhrəmanlığını inkar edirsiniz, heç kimin buna haqqı yoxdur”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*