“Hesab edirik ki, Ermənistan və Türkiyə sərhədin açılmasına və onun fəaliyyət göstərməsinə hazırdır. Bu, tələbatdır və zamanın tələbidir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya (OTA) müsahibəsində bildirib.
Mirzoyan xatırladıb ki, bu yaxınlarda Türkiyənin Qars şəhərində biznes-forum keçirilib və o, bu tədbiri “çox uğurlu” adlandırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
